IP Telefon və IP Telefoniya nədir?

Kateqoriyalar

IP Telefon, şəhər telefon xətti əvəzinə internet bağlantısını istifadə edən bir cihazdır. Bu onun istifadə məqsədlərindən biridir. Yəni bu cihaza fiziki olaraq telefon kabeli yox, şəbəkə kabeli qoşulur.  Normalda adi şəhər nömrəsi bizə konkret bir naqil üzərindən qəlir və biz həmən naqili adi analog telefonumuza taxarkən xətdəki ton siqnalını eşidirik və dərhal telefonu işlədə bilirik. IP Telefon isə adətən virtual nömrələri istifadə edir, buna SIP nömrələri deyirlər. Biz həmən bu SIP nömrəsini əldə edərkən provayder (bizi nömrə ilə təchiz edən qurum) bizə həmən nömrənin ayarlarını (istifadəçi adı, şifrə, IP ünvan, port və sr) qöndərir və biz bu məlumatlari istifadə edərkən telefonumuzu qeydiyyatdan keçiririk. Qeydiyyat uğurla keçdiyi zaman biz telefonda ton siqnalını eşidirik və onu artıq istifadə edə bilirik. Əsas odur ki, həmən telefonda şəbəkə və internet bağlantısı olsun. Bundan sonra biz həmən telefonu hara daşısaq onu istifadə edə bilərik. Ofisdə, evdə, bağda, eyni ofisin və ya evin müxtəlif yerlərində və sr. Şərt deyil ki, IP Telefon fiziki bir cihaz olsun, o proqram və mobil tətbiq şəkilindədə ola bilər.  Bİr sozlə siz həmən SIP nömrəsini öz kompüterinizdən və  smartfonunuzdan da istifadə edə bilərsiniz. Çox rahat, deyilmi?:).

 

  

Ofislərdə adətən daxili telefoniyada Mini ATS  istifadə edirlər və bütün ofisdəki telefon cihazlari həmən o Mini ATS-ə bağlanır. Həmən o telefonlardakı nömrələr daxili nömrələr və ya extension adlanırlar. Cihazlarda bir başa şəhər nomrəsi olmur və həmən daxili nömrələr adətən qısa olur, misal üçün 100, 101, 102 və sr. İstifadəçilər bir biriləri ilə həmən qısa nömrələrlə əlaqə saxlayırlar. Hər hansı bir şəhər və ya mobil nömrələrinə zənq etmək üçün adətən 9 prefiksi yığırlar. Buna analog və ya rəqəmsal telefoniya deyirlər və bu sistemdə hər telefon cihazı Mini ATS-ə adi telefon kabeli ilə qoşulur.

IP Telefoniyanında işləmə prinsipi oxşardır lakin onun daha çox üstünlükləri var.

 

 

IP Telefoniyanın üstünlükləri.

 

  1. Telefon xətlərinin çəkiliş xərclərinin aradan qaldırılması.

Artıq IP telefonlar üçün əlavə kabelə ehtiyac yoxdur. Həmən cihazlar artıq şəbəkəyə qoşulullar və bir şəbəkə kabeli və ya onun yuvası eyni anda həm telefonu həmdə kompüteri şəbəkəyə qoşur. IP telefonda iki LAN yuvası mövcuddur, birinə routerdən və ya switchdən qələn kabel qoşulur, o birisinə isə kompüter.

 

  1. Otağa əlavə telefon cihazi qoymaq üçün Mini ATS dən həmən otağa kabel çekməyə ehtiyac qalmır.

Otaqda LAN kabeli və ya LAN yuvası varsa kifayətdir. Əgər boş yer yoxdursa, bu halda otağa sadəcə əlavə switch qoymaqla telefon cihazlarının sayını artırmaq olar.

 

  1. Telefonların yerdəyişmə prosesinin asanlaşması.

Adi analoq telefoniyada bir işçi yerini dəyişərsə, onun daxili nömrəsini başqa bir yerə keçirmək üçün Mini ATS də muvafiq extensionun portunu tapib onu yeni telefon yuvasına taxmaq lazımdır. IP telefoniyada isə işçi sadəcə öz telefonunu qötürüb başqa otaqdakı hər hansı bir LAN yuvasına taxır. Vəs salam.

 

  1. Telefon cihazlarına ehtiyac qalmır.

IP telefon cihazı əvəzinə kompüterinizi ya ya smartfonunuzu istifadə edə bilərsiniz. Bunun üçün kompüterə və smartfona xüsusi proqram yüklənir və siz yerinizdən asılı olmayaraq bu proqramları istifadə edə bilirsiniz. Hətda ofisdən kənar olduğunuzda belə. Evdə olarkən ofisdəki daxili nömrələrə və ya bir başa ofisdəki daxili nömrənizi istifadə edərək şəhər və ya mobil nömrələrinə zənq edə bilərsiniz. Artıq sizin daxili nömrəniz siz harda olsanız sizinlədir.

 

  1. Danışıq xərclərinin azaldılması.

Bir neçə ölkədə filiallarınız varsa bir filialdan başqa filiala pulsuz zənq edə biləcəksiniz. İşçilər filiallar arası daxili nömrələrə yığa bilər. Sankı bir ofisdir.

 

  1. İstifadəçilər üçün rahat idarəetmə panelləri, individual email, voicemail, danişıqların qeydə alınması, call center imkanları və sr.

 

 

Bütün bu xidmətləri bizim şirkət sizin üçün həyata keçirə bilər! Sizinlə əmakdaşlıq etməkdən şad olardıq!

 

Xidmətlərimiz barəsində ətraflı məlumatları bizim saytdan və ya YouTube kanalımızdan ala bilərsiniz.

( 1 )
Şərhlər
Hələ şərh yoxdur
Şərh yazın
Ad*
Email
Şərh daxil edin*